Sünni tayfaları İŞİD-lə döyüşdən çəkildi
Bizi izləyin

Dünya

Sünni tayfaları İŞİD-lə döyüşdən çəkildi

İraqın Anbar vilayətindəterror təşkilatı İŞİD-ə qarşı mübarizə aparan El-Bu Nemr tayfası mərkəzi Bağdad hökumətinə xəbərdarlıq edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, tayfanın liderlərindən olan Naim Əl-Kuud İŞİD-ə qarşı döyüşən tayfa üzvlərinə silah dəstəyinin təmin edilməsi üçün 3 gün vaxt verib.

O, əks təqdirdə İŞİD-lə mübarizədən çəkiləcəyini bildirib. Kuud silah yardımı edilməyəcəyi halda Anbar vilayətindəki digər sünni tayfalarının da eyni addımlar ata biləcəyini deyib.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyası üzvü Məhəmməd Əl-Kerbuli isə bildirib ki, silah yardımı edilməməsi sünnilərə qarşı tələ qurulduğu anlamına gələ bilər. Vəziyyətin çox kritik olduğunu vurğulayan Kerbuli hökumətə dəhral tayfaların silahlandırılması çağırışı edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm