Merkel Moskvanı yeni sanksiyalarla hədələdi
Bizi izləyin

Dünya

Merkel Moskvanı yeni sanksiyalarla hədələdi

“Ukrayna münaqişənin hərbi yolla həlli qeyri-mümkündür”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel Kölndə Xristian-Demokrat İttifaqının (XDS) qurultayında çıxışında bildirib.

Kansler Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu da istisna etməyib. A.Merkel qeyd edib ki, sanksiyalar məqsəd deyil, yalnız Rusiyanı zorakı addımlardan çəkindirmək üçün vasitədir.

A.Merkelin sözlərinə görə, Rusiya Krımı özünə birləşdirməklə beynəlxalq hüququ pozub. Bundan başqa, kansler bildirib ki, Moskvanın hərəkətləri Avropanın təhlükəsizliyini hədələyir.

Bu gün həmçinin Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Berlinin Moskvaya qarşı mövqeyindən narahatlığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm