Fotomodel qız özüylə birgə rus tankını da partlatdı
Bizi izləyin

Dünya

Fotomodel qız özüylə birgə rus tankını da partlatdı

Valeriya Lyaxova adlı yaraşıqlı qız qəhrəmancasına həlak olub.

Axar.az “Rusiya Federasiyası” saytına istinadən xəbər verir ki, Valeriya Lyaxova uzun illər Lisiçansk şəhərində yaşayıb. O, könüllü olaraq Luqansk vilayətinin separatçılardan azad olunmasında iştirak edib. Yeganə doğması olan atasının Krım uğrunda gedən savaşda həlakından sonra Valeriya batalyona yazılıb. Döyüş yoldaşlarının söylədiyinə görə, onun ən böyük arzusu atasının qisasını almaq olub. Luqansk ətrafı döyüşlərdən birində Valeriya Lyaxova bədəninə bağladığı üç ədəd F-1 qumbarası ilə separatçı tanklardan birinin üzərinə atılıb. Hərbi cinahı qorumaq üçün həyatını qurban edən gənc qız faciəvi şəkildə həlak olub.

Xatırladaq ki, savaşa qədər Valeriya Lyaxova fotomodel kimi çalışaraq bir çox uğurlara imza atıb, dəfələrlə gözəllik müsabiqələrinin qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm