Ərdoğanın müavini: “Türkiyə "rəngli inqilab”dan qorxmur, çünki…”
Bizi izləyin

Dünya

Ərdoğanın müavini: “Türkiyə "rəngli inqilab”dan qorxmur, çünki…”

Türkiyənin baş nazirin müavini Yalçin Akdoğan ölkəsinin "rəngli inqilablar"dan qorxmadığını bildirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir müavini həmçinin ölkədə “rəngli inqilab”ın həyata keçirilməsi üçün cəhdlərin edildiyini deyib.

“Türkiyəyə kənardan müdaxilə cəhdləri olub. Bu, müxtəlif xarici güclərin daxili strukturların köməyi hakimiyyətin dəyişdirilməsinə yönəlik bir siyasi mühəndisliyi idi. Bunun üçün çox güclü arsenal cəlb edilmişdi: Gəzi etirazlar, hökumət rəsmilərinin dinlənilməsi, telefon söhbətlərinin montaj edilməsi, korrupsiya qalmaqalları və sair. Amma bunların heç biri müvəffəqiyyətli olmadı”, - deyə Akdoğan vurğulayıb.

Burada əsas qüvvənin xalq olduğunu deyən baş nazir müavini xalqın hazırkı hakimiyyətlə bir yerdə olduğu üçün özlərini rahat hiss etdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm