• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Moldovada uran qaçaqmalçıları saxlanılıb

  • Dünya
  • 10 Dekabr 2014 04:53
  • 243 Baxış
Moldovada uran qaçaqmalçıları saxlanılıb

Moldovada qeyri-leqal uran daşıyan yeddi qaçaqmalçı saxlanılıb.


Publika.az-ın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, saxlanılanların 205 qram radioaktiv maddəni Rusiyadan gətirdiyi bildirilir.


Qaçaqmalçılardan birinin mənzilində istintaq tədbirləri zamanı bir kiloqram civə tapılıb. Götürülmüş uranın dəyəri 1,6 milyon avro qiymətləndirilir.

"Bu, təhlükəli radioaktiv maddədir. Ondan "çirkli" nüvə bombalarının istehsalı üçün istifadə olunur", - respublika polisinin baş inspektoru İon Bodruq qeyd edib.

Onun məlumatına görə, qaçaqmalçıların qruplaşması 11 nəfərdən ibarətdirlər. Digər dörd nəfər axtarışa verilib. Bodruq əlavə edbi ki, bu işin araşdırılması 2014-cü ilin yanvarından davam edirdi. O, ABŞ-ın Federal Təhqiqat Bürosunun da əməliyyata kömək etdiyini söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR