Ağ Ev təşviş içində: Səfirliklərin mühafizəsi gücləndirildi
Bizi izləyin

Dünya

Ağ Ev təşviş içində: Səfirliklərin mühafizəsi gücləndirildi

Terrorçuluqda şübhəli şəxslərin dindirilmə üsulları barədə hesabat açıqlandıqdan sonra ABŞ dünya boyunca öz diplomatik missiyalarının mühafizəsini gücləndirib.

Publika.az-ın məlumatına görə, rəsmilər Senatın Kəşfiyyat Komitəsinin hazırladığı hesabatda göstərilən məlumatlara aqressiv reaksiyadan ehtiyat edirlər.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dindirmə üsullarına işıq salan hesabatın dərc edilməsinə hazırlıq işləri bir neçə ay çəkib. 6 min səhifədən ibarət yeni hesabat, əl-Qaidəyə üzvlükdə şübhəli olan şəxslərə qarşı tətbiq edilən zorakılığı üzə çıxarıb.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin istifadə etdiyi dindirilmə proqramı 11 sentyabr terror aktlarından sonra prezident Corc Buş tərəfindən təsdiqlənib. 2009-cu ildə isə həmin təcrübəyə Prezident Barack Obamanın qərarı ilə son qoyulub. Yeni administrasiya dindirilmə üsullarını işgəncə növü kimi tanıyıb.

MKİ əməkdaşlarının dindirilmə üsulları yuxudan məhrum etmə, alçaltma, soyuqda saxlama və boğulma simulyasiyası kimi metodları əhatə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm