Sanksiyalar Yanukoviçin dostları üçün işləmir
Bizi izləyin

Dünya

Sanksiyalar Yanukoviçin dostları üçün işləmir

“SparschweinGas” təbii qaz doldurma şəbəkəsi Avropa Birliyinin sanksiyalarına baxmayaraq, Almaniyada işini davam etdirir.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, şəbəkənin 8 milyon avroluq aktivləri dondurulmayıb.

Məlumata görə, Almaniya təklükəsizlik orqanları indiyə qədər onların sahiblərini müəyyən edə bilmirlər. “İndiyə qədər biz bilmirik ki, bu müəssisənin sahibi kimdir", - deyə Qera şəhər prokurorluğundan bildirilib.

Halbuki, şəbəkəyə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın dostları hesab olunan Sergey Kurçenko və Aleksey Azarovun nəzarət etdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm