Fransız dili müəllimi hamballıq edir
Bizi izləyin

Dünya

Fransız dili müəllimi hamballıq edir

Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan fransız dili müəllimi hamballıq edir.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Behcet Mustafa adlı müəllim ailəsini dolandırmaq üçün hamballıq edir.

Ölkəsində müharibə gedən B.Mustafa bir ildən artıqdır 2 övladı və həyat yoldaşı ilə birlikdə Türkiyəyə sığınıb.

B.Mustafanın ata və anası türk olsa da, illər əvvəl Suriyaya köç ediblər. O da məhz Suriyada doğulub, bütün ömrü orada keçib. Müharibəyə görə doğulduğu ölkəni tərk edib. Lakin bacısı hələ də Suriyada qalır.

Ölkəsində fransız dili müəllimi işləsə də, Türkiyəyə gələndən sonra özünə uyğun iş tapa bilməyib. Ona görə də məcbur qalıb inşaatda işləyib.

B.Mustafa Suriyadan qaçıb başqa ölkələrə sığınanların vəziyyətinin çətin olduğunu, qaldıqları yerlərdə xəstəliklərin tüğyan etdiyini bildirib.

“Bizim üçün ən yaxşısı Türkiyəyə gəlmək idi. Heç kim “gəl sənə yemək verim” demir. Bir il yarımdır bir gün evdə oturmamışam, bir çox yerdə işləmişəm. Türkiyə çox yaxşı ölkə olsa da, öz vətənimizə qayıtmaq istəyirik. Burada sosial təminatım yoxdur. Həm də müəllimlik edə bilmirəm. Ona görə də ölkəmə geri qayıdacağımı ümid edirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm