• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

İŞİD-ə son 3 ayın ən ağır zərbəsi

  • Dünya
  • 10 Dekabr 2014 09:43
  • 541 Baxış
İŞİD-ə son 3 ayın ən ağır zərbəsi

İŞİD terror qruplaşması Kobanidə apardığı 3 aylıq döyüşdə ən ağır zərbəni alıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İŞİD-in Kobanidə 8 birliyi məhv edilib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən məlumata görə, terror qruplaşmasına qarşı İraqda 30, Suriyada isə 15 hava hücumu həyata keçirilib. Hava zərbələrində təşkilata aid çoxlu sayda hərbi texnika, silah-sursat və baza məhv edilib.

Dünən təşkil edilən hücumda isə İŞİD-in Kobani əmirlərindən olan Cundullah Çiçani ilə birlikdə 25 İŞİD üzvü öldürülüb. Açıqlamada həmçinin İŞİD hücumlarında 471 YPG (kürd özünü müdafiə qüvvələri) üzvü ilə Azad Suriya Ordusunun 17 döyüşçüsünün öldüyü qeyd olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR