Almaniyadan terror təşkilatlarına növbəti silah partiyası – FOTOLAR
Bizi izləyin

Dünya

Almaniyadan terror təşkilatlarına növbəti silah partiyası – FOTOLAR

Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı vuruşan PYD və PKK terror təşkilatlarına, həmçinin Şimali İraq regional rəhbərliyinin Peşmərgə güclərinə Qərbdən silah yardımı davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kobanidəki PYD və Peşmərgə güclərinə Almaniyadan yeni silah və sursat dəstəyi gəlib.

PYD və Peşmərgəyə çoxlu sayda “G36” avtomat silahları və tankvuran raketlər verdildiyi deyilir. Kürd silahlılara göndərilən son silah və sursatların sayı açıqlanmır.

Amma ümumilikdə, 500 tankvuran raket, 10 min əl bombası, 8 min “G3” ve “G36” tipi silahların göndərilməsi nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm