Məşhur müğənni Rusiyanı tərk etdi: “Hakimiyyət dəyişəndən sonra qayıdacağam”
Bizi izləyin

Dünya

Məşhur müğənni Rusiyanı tərk etdi: “Hakimiyyət dəyişəndən sonra qayıdacağam”

Məşhur rusiyalı müğənni Aleksey Lebedinski ölkəni tərk edib.

Publika.az-ın verdiyi xəbərə görə, “Azadlıq” radiosuna müsahibəsində bu barədə “professor Lebedinski” təxəllüslü müğənninin özü bildirib.

Müğənni qeyd etdi ki, Rusiya hakimiyyətini tənqid etməyə başlamasından sonra belə bir addım atmağa məcbur olub. Onun sözlərinə görə, vətənində hakimiyyət dəyişikliyinə kimi ABŞ-da qalacaq. Lebedinski 2000-ci ildə Vladimir Putini dəstəklədiyi üçün bağışlanmasını xahiş edib. Müğənni Putinlə bağlı fikrini dəyişdikdən sonra faktiki olaraq işsiz qaldığını deyib.

“Mən öz ölkəmə lazım deyiləmsə, vətənimdən kənarda Rusiya üçün faydalı olmağa çalışacağam. Çünki əsassız ittihamlarla içəridə oturan insanların sırasına qoşulmaq tamamilə mənasızdır”, - müğənni vurğulayıb.

Lebedinski ABŞ-da ictimai-maarifçilik işi ilə məşğul olmaq, internet kanalı təşkil etmək niyyətindədir. O qeyd edib ki, dünya ilə danışmaq üçün Rusiyada az olsa da normal insanlar var.

Lebedinski hesab edir ki, Rusiyaya mütləq rəhbər lazımdır: “Rusiya parlament idarəçiliyə tamamilə hazır deyil. Təəssüf ki, bu belədir”.

Rusiyalı müğənni 1990-cı illərin ortalarında “Mən səni öldürəcəyəm, qayıqçı", “Orada uzaqda, metroda" kimi mahnıların sayəsində məşhur olub. O, 2000-ci ildən peşəkar fəaliyyətlə məşğul olmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm