Qroznıda öldürülən mücahidlərin adı açıqlandı - SİYAHI
Bizi izləyin

Dünya

Qroznıda öldürülən mücahidlərin adı açıqlandı - SİYAHI

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dekabrın 4-də gedən döyüşlərdə öldürülmüş 10 silahlının ilkin siyahısı müəyyənləşdirilib.

Publika.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, döyüşçülərin cəsədləri artıq qohumları tərəfindən tanınıb.

Qeyd edək ki, 10 nəfərlik qrup dekabrın 4-də Çeçenistan paytaxtının mərkəzini tutmağa çalışıb. Onlardan yeddisi Çap Evinə hücumu zamanı, daha üçü isə 20 saylı məktəbdə öldürülüb. Döyüşçülərdən beşinin cəsədinin müəyyənləşdirilməsi çox çətin olub. Onların şəxsiyyəti genetik ekspertizasının keçirilməsindən sonra dəqiqləşdiriləcək.

Müəyyənləşdirilən ilkin siyahıdakı döyüşçülər aşağıdakılardır:

1. Vaxayev Adəm, 30 yaşı var. Çeçenistanın Kurçalevskoqo rayonunun Qeldaqan kəndinin sakinidir.

2. Elixanov Anzor (Əbdül-Kərim), 25 yaşı var. Qroznı sakinidir.

3. Qexayev Yusup, 24 yaşı var. Qudermes sakinidir.

4. Şavayev Suleyman, 20 yaşı var. Açxoy-Martanovskoqo rayonun Yandi kəndinin sakinidir.

5. İdrisov Timirxan , 24 yaşı var. Qudermes sakinidir.

6. Surayev Anzor, 24 yaşı var. Qroznı sakinidir.

7. Maqomadov Məhəmməd, 24 yaşı var. Qudermes sakinidir.

8. Taramov Anzor, 26 yaşı var. Açxoy-Martanovskoqo rayonun Yandi kəndinin sakinidir.

9. Usimiyev Baysanqur, 19 yaşı var. Naurskoqo rayonunun Alpatovo kəndinin sakinidri.

10. Movsaro İbrahimi, 29 yaşı var. Urus-Martanovskoqo rayonunun Qexi kəndinin sakinidir.

Xatırladaq ki, dekabrın 3-dən 4-nə keçən gecə döyüşçülər qrupu Yandi kəndindən Qroznıya yola çıxıb. Onlar taksi sürücülərindən üç avtomobil götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm