Kadırovun “yanğın əməliyyatı” Doku Umarovun silahdaşını da vurdu
Bizi izləyin

Dünya

Kadırovun “yanğın əməliyyatı” Doku Umarovun silahdaşını da vurdu

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun dekabrın 4-də baş verən üsyandan sonra başladığı “yanğın əməliyyatı” davam edir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Doku Umarovun yaxın silahdaşlarından olan Aslan Bitukayevin Açxoy-Martanovskoqo rayonun Kotar-Yurd kəndindəki evi ötən gecə “yanıb”.

Evin Ramzan Kadırovun tərəfdarları tərəfindən yandırıldığı güman edilir. Aslan Bitukayevin dekabrın 4-də döyüşçülərin hücumunun mümkün təşkilatçılarından biri hesab olunur. Şahidlərin sözlərinə görə, ev gecə yarı yanmağa başlayıb. Yanğın zamanı evdə heç kimin olmadığı deyilir.

“Xamzat” ləqəb Aslan Bitukaev Doku Umarovun əsas silahdaşlarından hesab olunur. O, hazırda “İmarat Qafqaz” çeçen təşkilatının başçılarından biridir.

Qeyd edək ki, Kadırovun “yanğın əməliyyatı” dekabrın 7-də başlayıb. Məlumata görə, mücahidlərin yaxın qohumlarının dördünün evi yandırılıb.

“Yanğın əməliyyatı” xüsusi olaraq mücahidlərin Qroznıya yola düşməsindən əvvəl toplaşdığı Yandi kəndində həyata keçirilib. Kənd sakinlərin sözlərinə görə, müxtəlif markalı təxminən 14 avtomobil 7 dekabr gecəsi kəndə daxil olub. Avtomobillərdəki maskalılar rus və çeçen dillərində danışırdılar.

“Onlar bizim evimizə yaxınlaşanda qonaqlıqda idik. Əvvəlcə biz elə düşündük ki, axtarışa gəliblər. Amma bu insanlar evin üstünə benzin tökməyə başladılar. Bizə evdən nəsə götürməyə və yanğını söndürməyə imkan vermədilər”, - öldürülən mücahidlərdən birinin qohumu deyib.

Çeçenistan sakinləri qeyd edir ki, oxşar hadisələr əvvəllər də baş verib. Qroznıda 2008, 2009, 2010 və 2011-ci illərdə törədilən terror aktlarından sonra da Arqunda evlər yandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm