İsrail əsgəri fələstinli naziri öldürdü
Bizi izləyin

Dünya

İsrail əsgəri fələstinli naziri öldürdü

Qərbi Şeriada baş verən qarşıdurmalarda fələstinli bir nazir İsrail əsgərlərinin müdaxiləsi nəticəsində ölüb.

Publika.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, məskunlaşma naziri Ziad Əbu Aynın sinəsinə İsrail əsgəri tüfəng qundağı ilə zərbə vurub.

Nazir xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, Ramallah yolunda dünyasını dəyişib. Hadisəni şərh edən Fələstin dövlət başçısı Mahmud Abbas “Bu barbar bir hücumdur” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm