Merkel: “Putin kişi olduğunu sübut etmək istəyirdi”
Bizi izləyin

Dünya

Merkel: “Putin kişi olduğunu sübut etmək istəyirdi”

“Almaniya kansleri Angela Merkel Ziqmund Freydin rolunu oynamağa hazırdır. Onun psixoanalizinin obyekti isə Rusiya prezidenti Vladimir Putindir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər ABŞ-ın “The Washington Times” qəzetində dərc olunan məqalədə yer alıb.

Qəzet Amerikanın “New Yorker” jurnalının dekabr nömrəsində 2007-ci ildə baş verən bir hadisəni xatırlatdığını yazır. Həmin vaxt Rusiya prezidenti Almaniya kansleri ilə görüşən zaman öz itinin onun üzərinə atılmasına icazə verib. A.Merkel sonradan jurnalistlərə açıqlamasında bunula bağlı deyib: “Mən anlayıram ki, Putin bunu niyə edir. O, kişi olduğunu sübut etmək istəyirdi. Ehtimal ki, o, 1995-ci ildə məni it tutduğunu bilirdi və qorxacağımı düşünürdü”.

“Merkelin böyük məsləhətçisi “New Yorker”ə müsahibəsində deyib ki, Krımın zəbt edilməsi zamanı Putinin təcavüzkarlığının dərəcəsi onu çox təəccübləndirib”, - məqalədə deyilir: “Putin hamını təəccübləndirdi. Operativlik, qəddarlıq və daşürəklilik. Tanklar, təbliğat, agentlər və təhrikçilər iyirminci əsri xatırladırdı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm