“Azərbaycanın müstəqilliyi şübhə altında ola bilər”- İranlı diplomatın İrəvandan hədəsi
Bizi izləyin

Dünya

“Azərbaycanın müstəqilliyi şübhə altında ola bilər”- İranlı diplomatın İrəvandan hədəsi

İran prezidenti Həsən Ruhani tezliklə Ermənistana səfər edəcək.Publika.Az –ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.

İran prezidenti Həsən Ruhani tezliklə Ermənistana səfər edəcək.Publika.Az –ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.

Erməni mətbuatı qeyd edir ki, səfir “Azərbaycanın İrana qarşı ərazi iddiaları”nı da şərh edib. “Kim ki, belə məsələləri qaldırırsa, oxşar suallar yarana, bir çox ölkələrin,o cümlədən Azərbaycanın müstəqilliyi şübhə altında ola bilər”, - deyə səfir bildirib.

İran prezidentinin qarşıdakı səfərinin Ermənistan üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən erməni nəşri Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nın formalaşmasında İranın böyük rol oynadığını qeyd edib. İran səfiri bildirib ki, İran Ermənistanla münasibətlərdə ticari maraqları prioritet hesab etmir və bir partnyor kimi Ermənistanın beynəlxalq rolunun artmasına çalışır.

“Lragir” hesab edir ki, 3 sentyabr hadisəsindən sonra vəziyyət tamamilə dəyişib və İran Ermənistanla münasibətlərin çərçivəsini dəqiqləşdirmək istəyir:“Üç sentyabrda yalnız Ermənistanın deyil, İranın da mövqeyinə zərbə vuruldu. Tehran iqtisadi diversifikasiya və Ermənistanın blokadasının yarılması üçün bacardığı hər şeyi etdi. İran maraqlı idi ki, onunla sərhəd ərazilərində xarici “sülhməramlılar” olmasın və bu ərazilər erməni nəzarətində qalsın. Tehran İrəvanla bir sıra böyük infrastruktur layihələrinin icrası ilə bağlı razılaşdı. Amma inşasından sonra qaz kəməri ruslarda qaldı və digər layihələr də məlum səbəblərdən kağız üzərində qaldı. Üç sentyabrdan sonra bütün bunlar təhdid altında oldu. Bütün bu məsələlərin prezidentlər səviyyəsində dəqiqləşdirilməsinə ehtiyac yarandı. Həsən Ruhaninin Ermənistana səfəri də buna xidmət edir”.

“İran Ermənistandan konkret cavab gözləyir. İran prezidenti anlamağa çalışacaq ki, unikal şansdan istifadə etmək üçün Ermənistanın iradə və azadlığı varmı?”, - “Lragir” sonda bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm