İsraillə Misir arasında müharibə səsləri
Bizi izləyin

Dünya

İsraillə Misir arasında müharibə səsləri

Yaxın Şərqdə gərginlik səngimək bilmir. Bu dəfə gərginlik İsrail-Misir sərhədində baş verib.

Publika.Az-ın məlumatına görə, İsrail Müdafiə Nazirliyi Misir-İsrail sərhədini gücləndirmək məqsədilə inşa olunan mülki binalara yüngül və tank əleyhinə raketlərdən atəş açıqldığını bildirib.

İsrail rəsmiləri hücumu təşkil edənlərdən ikisinin hərbçilər tərəfindən öldürüldüyünü deyiblər.

İsrail ordu komandanlığından verilən açıqlamada qeyd olunub ki, 3 və ya 4 nəfər olan terrorçular hələ də İsrail ərazisindədirlər və onların ələ keçirilməsi üçün əməliyyatlar davam edir.

İsrailli general Yoav Mordehay sakinlərə bildirib ki, hərbçilər axtarış tədbirlərini başa çatdırana qədər evlərindən çıxmasınlar.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm