Dünya
“Mənə səs verən seçiciyə Sindi Kraufordu bir gecəlik hədiyyə edəcəyəm“
Adı daima səs-küylü layihələrdə olan ssenarist-yazar bu dəfə azərbaycalı tamaşaçının hiddətinə səbəb olub. Qısa arayış üçün bildirək ki, Gani Müjde Türkiyənin tanınmış karikatura ustası, yazarı, ssenaristidir. Onun hər açıqlaması, müəllifi olduğu ssenarilər Türkiyəni çalxalayır.
Bodrumda, yaxtında həyat sürən yazar gününü ssenari yazılarına və
Bodruma dəvət etdiyi aktyorlarla əyləncələrə sərf edir. Seçki vaxtı
seçiciyə səs üçün dil tökən namizədlərə söz ataraq "Milliyet"
qəzetində "Mənə səs verən seçiciyə Sindi Kraufordu bir gecəlik
hədiyyə edəcəm" yazmışdı.
Efirə çıxdığı gündən həm Türkiyədə, həm də Azərbaycanda qalmaqala
səbəb olan “Yahşi Cazibe” serialının sonluğu yenə də aləmi
qarışdırdı. Final seriyasında azərbaycanlı qadın xarakteri Cazibe
pullu kişilərlə evlənib sonra onları aldadan qadın obrazını
canlandırıb. Hər iki ölkədə sonluqla bağlı ciddi narazılıqlar var.
Ssenaristin sözlərinə görə, serialda Cazibe rolunu canlandıran
Aslıhan Gürbüzün müqavilənin şərtlərini pozması, serialdan
uzaqlaşması belə bir finalla nəticələnib. Gani Müjde bildirib ki,
Azərbaycanın belə bir reaksiya verməsinə lüzum yoxdur. 92 seriyadır
ki, Türkiyə vətəndaşı Simgeni hər cür təhqir etmişik. "Bu məsələdə
millət ayrı-seçkiliyi prizmasından yanaşmaq səhvdir. Bu obrazı mən
yaratmışdım , mən də öldürürəm" deyən yazar, özünü haqlı
sayır...
Günay Muradlı
Publika.Az
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO