Prezidentlə jurnalist arasında böyük qalmaqal
Bizi izləyin

Dünya

Prezidentlə jurnalist arasında böyük qalmaqal

ABŞ-da nadir hallarda rast gəlinən bir hadisə bütün ölkəni qarışdırıb.

Publika.Az-ın məlumatına görə, ABŞ prezidenti Barak Obama Ağ Evdə jurnalistlər qarşısında mühacirət qanunu haqda hesabat verərkən, prezidentlə jurnalistlərdən biri arasında mübahisə yaranıb.

Obama çıxış edən zaman "Daily Caller" adlı internet qəzetinin müxbirlərindən biri Neil Monro prezidentin sözünü kəsərək, yüksək tonla, "Niyə amerikalı işçilərin haqqını mühacirlərə verirsiniz" sualını verib.

Jurnalistin gözlənilməz çıxışına əsəbləşən Obama ona "Sual vermək zamanı deyil" xəbərdarlığını edib. Ancaq Monro bu xəbərdarlığa baxmayaraq, "Xeyr, suala cavab vermək məcburiyyətindəsiniz" desə də, Obama, "mən danışarkən olmaz" söyləyib.

Çıxışını tamamladıqdan sonra Obama, "Sizin sualınıza gəlincə, gələn dəfə sual verməzdən əvvəl sözlərimi tamamlamağıma imkan verin. Bu, Amerika xalqı üçün görüləsi ən yaxşı işdir" deyib.

Jurnalist də Obamanın sözlərini deyib gedərkən, arxasınca, "Miqrantları işə götürdükdən sonra, işsiz amerikalılar nə edəcək" deyə bağırıb.

Monro sayt vasitəsilə verdiyi açıqlamada Obamanın sözünü kəsmək niyyətinin olmadığını, prezidentin sözünü bitirdiyini hesab etdiyini deyib.

Ancaq bəzi mətbuat orqanlaşrı Monronun bu hərəkətini hörmətsizlik adlandırıb.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm