Ebola Putini qabaqladı
Bizi izləyin

Dünya

Ebola Putini qabaqladı

Ebola virusu ilə mübarizə aparanlar “Time” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə nəşrin saytında bildirilir.

İkinci yeri ABŞ-ın Ferqyuson şəhərində keçirilən etiraz aksiyaların iştirakçıları, üçüncü yeri isə Rusiya prezidenti Vladimir Putin tutub.

Dördüncü və beşinci yerləri isə müvafiq olaraq Şimali İraq regional rəhbərliyinin lideri Məsud Bərzani və “Alibaba Group” şirkətinin banisi Cek Ma tutub. “İlin adamı” adına iddia edən 50 nəfər arasında Roma Papası Fransısk, Almaniya kansleri Angela Merkel və Nigeriyada oğurlanmış məktəbli qızın pakistanlı hüquq müdafiəçisi var idi.

“İlin adamı” adına ötən il Roma Papası Fransısk, 2012-ci ildə isə ABŞ prezidenti Barak Obama layiq görülmüşdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm