Poroşenko separatçı əsirlərlə bağlı göstəriş verdi
Bizi izləyin

Dünya

Poroşenko separatçı əsirlərlə bağlı göstəriş verdi

Ukrayna ordusunun Donbas hövzəsində ələ keçirdiyi bütün əsirlər 25 dekabr tarixinə kimi azad ediləcək.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko bu barədə təhlükəsizlik orqanlarına göstəriş verib.

Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin rəhbəri Vasiliy Vovk bu gün keçirdiyi brifinqdə bildirib ki, cari ilin sonuna kimi əsirlərin əksəriyyətini azad etmək mümkün olacaq. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Donetsk və Luqansk separatçılarında ümumilikdə 684 əsir var. V.Voysk bildirib ki, separatçılar onlardan yalnız 152-ni azad etməyə hazırdır.

Vovkanın sözlərinə görə, Ukrayna tərəfi 477 əsiri azad etməyə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm