MKİ-dən Polşaya rüşvət təklifi - Sabiq Prezident etiraf etdi
Bizi izləyin

Dünya

MKİ-dən Polşaya rüşvət təklifi - Sabiq Prezident etiraf etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxana qurulması qarşılığında Polşaya milyonlarla dollar pul verdiyini ölkənin keçmiş lideri etiraf edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Polşanın 2002-ci ildə MKİ-nin ölkədə gizli həbsxana qurmasına qarşı çıxdığı, lakin milyonlarla dollar pul təklifini rədd etməyərək buna icazə verdiyi bildirilir.

MKİ-nin işgəncələri ilə bağlı ABŞ Senatında bu gün açıqlanan hesabatda işgəncələrin edildiyi ölkələrın arasında Polşanın adı yer almayıb. Lakin Avropa İnsan Haqları Məhkəməsi iyul ayında qeyri-qanuni transferdə MKİ-nə kömək etdiyi üçün Polşanı ittiham etmişdi. Polşanın pul qarşılığında MKİ-nin ölkədə həbsxana açmasına icazə verdiyi ölkə səlahiyyətliləri tərəfindən bu günə qədər rədd edilsə də, bu gün ilk dəfə keçmiş dövlət başçısı Aleksandr Kvasnievskidən bu barədə etiraf gəlib.

O, vəzifədə olduğu vaxt gizli həbsxana üçün MKİ-nə yer verdiklərini etiraf etsə də, məhkumlarla pis davranılmasına icazə vermədiyini bildirib.

Polşadakı gizli həbsxananaın 2002-ci ilin dekabrından 2003-ci ilin payızına qədər fəaliyyət göstərdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm