• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avropa üçün qiyamət ssenarisi yazılır

  • Dünya
  • 11 Dekabr 2014 03:14
  • 428 Baxış
Avropa üçün qiyamət ssenarisi yazılır

Qərb ölkələrinin sanksiyalarından sonra ərzaq qıtlığı yaşayan Rusiya ortamüddətli ərzaq tələbatını yerli qaynaqlardan təmin etməyi planlaşdırır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya baş naziri Dmitri Medvedev Qərb ölkələrinin sanksiyalarından sonra ölkə iqtisadiyyatının qarşılaşdığı çətinliklərdən danışıb.

Qərb ölkələrinin iqtisadi sanksiyaları nəticəsində Rusiyada ərzaq qıtlığının yaşandığını etiraf edən baş nazir yerli istehsalla boşluğu doldurmaya çalışdıqlarını söyləyib. O, qeyd edib ki, ortamüddətli perspektivdə Rusiyanın ərzaq tələbatını 100 faiz yerli istehsal hesabına ödənilməsi planlaşdırılır.

Bir neçə ay bundan əvvələ qədər mağazaların xarici məhsullarla doldurulduğunu ifadə edən D.Medvedev istehsalda üstünlüyü balıq, meyvə, tərəvəz və ət kimi ərzaqlara verəcəklərini bildirib. Baş nazir hazırda mağazalarda satılan toyuqların 100 faizinin, donuz ətinin isə 85 faizinin Rusiya istehsalı olduğunu deyib.

Rusiya baş naziri ölkəsinə sanksiyalar tətbiq edən Avropa Birliyinin bu il 40, gələn il isə 50 milyard avro zərərə uğrayacağını söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR