İŞİD-dən şok təlimat: Qadınları bu cür istismar etməli
Bizi izləyin

Dünya

İŞİD-dən şok təlimat: Qadınları bu cür istismar etməli

İŞİD qruplaşması öz döyüşçülərinin girov götürdükləri qadınlarla necə davranmaları ilə bağlı broşür çap edib.

Axar.az xəbər verir ki, “Qul alışı ilə bağlı sual və cavablar” adlı broşür İŞİD-in Əlhimma nəşrriyyat evi tərəfindən nəşr edilərək, dekabrın 3-dən etibarən döyüşçülərə paylanılıb.

Broşürdə yalnız dinsiz qadınların seks köləsi olaraq istifadə oluna biləcəyi xüsusi qeyd olunub. Bildirilib ki, qul qadınlarla cinsi əlaqəyə girmək və onların alınıb-satılması şəriətə tam uyğundur.

Bundan başqa, döyüşçülərə bakirə qadınlarla dərhal cinsi əlaqəyə girməyə icazə verildiyi, bakirə olmayanların isə müəyyən cinsi təmizlikdən keçməsinin vacibliyi qeyd olunub.

ABŞ-da yerləşən Yaxın Şərq Media Araşdırmaları vəqfinin ələ keçirdiyi broşürdə cinsi yetkinlik yaşına çatmayanlarla əlaqəyə girmək qəti qadağan edilib.

Ən maraqlısı odur ki, broşürdə döyüşçülərin qul kimi istifadə etdikləri qadınları işgəncə və həzz məqsədilə döymələri qəti qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm