Rusiyada benzinin qiymətinin bahalaşması Putini qəzəbləndirib
Bizi izləyin

Dünya

Rusiyada benzinin qiymətinin bahalaşması Putini qəzəbləndirib

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam etsə də, Rusiyada benzinin qiyməti artmaqdadır.

Publika.az xəbər verir ki, təzadlı tendensiya ölkə rəhbərliyinin narahatçılığına səbəb olub.

Rusiya mediasının yazdığına görə, Nazirlər Kabinetində keçirdiyi müşavirədə Prezident Vladimir Putin Rusiya yanacaq bazarında hazırkı vəziyyəti başa düşmədiyini deyib və inhisar əleyhinə federal xidmətə bu məsələni araşdırmağı tapşırıb. Belə ki, dekabrın 1-nə olan məlumata görə, dünya bazarında “qara qızıl” 35 faiz ucuzlaşdığı halda, Rusiyada neft məhsullarının qiyməti 10 faiz artıb.

Rusiya inhisar əleyhinə federal xidməti keçən həftə neft kompaniyaları, yanacaq istehsalçıları və iri yanacaqdoldurma məntəqələri sahiblərinin ünvanına bazarda benzinin qiymətində uyğunsuzluğa görə araşdırılma aparıla biləcəyi barədə xəbərdarlıq məktubu göndərmişdi.

Rusiyanın yanacaq ittifaqında isə qiymətlərin qalxmasının qanunlar, daha doğrusu vergi manevri ilə bağlı olduğu fikrindədirlər.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması iyun ayında başlayıb və dekabrın əvvəlindən daha intensiv hal alaraq beşillik minimuma enib. Dekabrın 9-da Brent markalı neftin barrelinin qiyməti 65 dollardan da aşağı düşüb. Rusiyada benzinin qiymətində isə iyul ayından oktyabradək əks-dinamika müşahidə olunub. Son vaxtlar benzinin topdan satış qiymətlərində 20 faizə qədər ucuzlaşma qeydə alınsa da, bu, pərakəndə satış qiymətlərinə nəzərəçarpacaq təsir göstərməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm