Putindən sürpriz təklif: Ərdoğan açıqladı
Bizi izləyin

Dünya

Putindən sürpriz təklif: Ərdoğan açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ankara səfəri zamanı səsləndirdiyi sürpriz təklifi açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Putinin Rusiyadan Türkiyəyə çəkilməsi nəzərdə tutulan yeni qaz boru xəttini “Türk axını” adlandıra bilərik” söylədiyini bildirib.

“Hüquqi qüvvəsi olmadan müzakirələrə başlayaraq ilkin razılaşma təmin etdik və yekun razılaşmanın əldə olunacağı halda “Cənub axını” aradan qalxacaq. Putin yeni kəmərin adını “Türk axını” qoya bilərik” söylədi. Qara dəniz və Türkiyə sərhədlərindən Yunanıstan sərhədinə qədər uzanacaq bir xətt qurulacaq”, - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidenti dekabrın 1-də etdiyi Türkiyə səfərində “Cənub axını” layihəsindən imtina etdiklərini açıqlayıb. Moskva buna görə bütün məsuliyyəti Qərbin, ilk növbədə ABŞ-ın üzərinə qoyur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm