• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya Baş Qərargah rəisi: ABŞ Suriyaya girir

  • Dünya
  • 11 Dekabr 2014 11:19
  • 559 Baxış
Rusiya Baş Qərargah rəisi: ABŞ Suriyaya girir

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov ABŞ və müttəfiqlərinin Suriyada Bəşər Əsəd rejimini devirmək üçün çalışdıqlarını deyib.

Axar.az xəbər verir ki, general Əsədə qarşı təzyiqlərin günbəgün artdığını deyib: “Suriyada müxalif qruplara hərbi dəstək getdikcə artır. Suriya rəhbərliyinə qarşı beynəlxalq təzyiq güclənməkdədir. Təzyiqin güclənməsi üçün hər gün addımlar atılır”.

Suriya və İraqda fəaliyyət göstərən İŞİD ordusunun 70 mini ötdüyünü deyən Gerasimov ABŞ-ın quru əməliyyatlarına hazırlaşdığını iddia edib: “Bölgədə radikal qruplaşmalar fəallaşmaqdadır. İraq və Suriyada İŞİD-i məhv etmək üçün koalisiya yaradan ABŞ quru əməliyyatlarına başlayaraq Suriyaya girmək istəyir”.

Baş qərargah rəisi NATO ilə münasibətlərə də toxunub. Onun sözlərinə görə, alyans Rusiya təhlükəsinə görə, şərqdə güclənmək niyyətindədir: “NATO Rusiya sərhədində qüvvələrinin sayını artırmaq üçün "şərq təhdidi”ndən istifadə edir. Ukrayna hadisələri çərçivəsində dünya ictimaiyyətinə “Düşmən Rusiya” anlayışını gətirən NATO Polşa, Baltikyanı ölkələr və Qara dənizdə qüvvələrinin sayını artırır”. f

Xəbər lenti

DAHA ÇOX XƏBƏR