Nalçikdə dörd silahlı öldürülüb
Bizi izləyin

Dünya

Nalçikdə dörd silahlı öldürülüb

Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində beş mərtəbəli binada mühasirəyə alınan döyüşçülərdən dördü öldürülüb.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hələlik rəsmi məlumat yoxdur. Hazırda şəhərin Aşurov, Suvorov, İdarov və Kabardin küçələrində hərəkət məhdudlaşdırılıb.

Məlumata görə, ötən gecə hüquq mühafizə orqanlarına Aşurov küçəsində yerləşən binalardan birində silahlıların gizlənməsi barədə məlumat daxil olub. Milli terrorçuluğa qarşı komitədən bildirilib ki, silahlılar təslim olmaq tələbinə cavab olaraq güc strukturlarının əməkdaşlarını atəş açdılar. Bundan sonra isə xüsusi əməliyyatın aktiv mərhələsinin başlanması haqqında qərar qəbul edildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm