Vaşinqtona gözdağı: Rusiya strateji aviasiyanı yeniləyir
Bizi izləyin

Dünya

Vaşinqtona gözdağı: Rusiya strateji aviasiyanı yeniləyir

Rusiya strateji aviasiyasının əsasını təşkil edən “Ту-95МС” strateji bombardmançı-raket daşıyıcıları 2020-ci ilə kimi tamamilə müasirləşdiriləcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarələr yeni yüksək dəqiqlikli vasitələrlə təchiz ediləcək.

Rusiya Müdafiə Nazirliyi “Tu-95MS” təyyarələrinin müasirləşdirməsi sifarişini isə “Bear” şirkətinə verib. NATO-nun təsnifatı üzrə “Medved” adlandırılan təyyarələr yeni raket sistemləri ilə təchiz ediləcək. Strateji bombardmançıların istismar müddətinin 40-45 ilə qədər qaldırılması planlaşdırılır.

Uzun müddətdir ki, Rusiya ordusu nüvə partlayışının dağıdıcı gücünə bel bağlayırdı. Lakin Rusiya Hərbi Hava Qüvvələrinin sabiq-baş komandanı Pyotr Deynekin bildirir ki, hazırda yüksək dəqiqlikli, hədəfi zərgər dəqiqliyi ilə məhv etməyə qadir silahlara malik olmaq əhəmiyyətlidir.

“Tu-95MS” təyyarələrinin istifadə edəcəyi raketlərin uçuşları gözəgörünməz olacaq. Bundan başqa yüksək dəqiqlikli silah döyüş sursatlarına qənaət etməyə imkan verəcək. Hazırda hədəfin məhv edilməsi üçün böyük miqdarda bomba atmaq lazım gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm