90 günə ən hündürə!
Bizi izləyin

Dünya

90 günə ən hündürə!

Çinin Hunan əyalətinin mərkəzində Broad Sustainable Buildinq şirkəti 838 mertlik bina ucaldacaq. Dünyanın ən hündür binası olacaq Sky City-nin 90 gündə tikiləcəyi bildirilir.

Şirkətin açıqlamalarına görə, tikintiyə 628 milyon dollar xərclənəcək. 220 mərtəbəli binanın inşasına bu ilin noyabrında başlanacaq və 90 gündə işlər sona çatdırılacaq.

Binanın tikintisini həyata keçirəcək şirkətin rəsmisi Zhang Yue hökümətdən qərar gözlədiklərini və müsbət cavab alacaqlarına inandıqlarını bildirdi.

Hazırda dünyanın ən hündür binası Dubayda yerləşən Burc-Xəlifədır. 828 metrlik binanın tikintisi beş ildən çox davam edib. Ikinci ən hündür 634 metrlik bina Tokiodadır.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm