1996-cı ilin itmiş kadrı: Putinin Moskvaya ilk gəlişi - Video
Bizi izləyin

Dünya

1996-cı ilin itmiş kadrı: Putinin Moskvaya ilk gəlişi - Video

Putinin rəsmi çağırışla Moskvaya ilk gəlişini əks etdirən kadrlar Rusiya sosial şəbəkələrində geniş müzakirə olunur.

Axar.az xəbər verir ki, video Rusiya sosial şəbəkələrində ictimai-siyasi kanal olan RVision TV tərəfindən yayımlanıb. Sözügedən videoya “Putinin itirilmiş müsahibəsi: Putin və Seçinin Moskvaya gəlişi” adlı başlıq verilib. Putin 7 dəqiqəlik bu müsahibəni 1996-cı ildə Sankt-Peterburq hava limanında verib. Məhz o zaman Rusiyanın indiki prezidenti Rusiya Federasiyası Prezident Aparatında işə dəvət olunub.

Kadrlardan da göründüyü kimi, video Putinlə Seçinin indi köhnə dəbli sayılan kostyumda yoxlanışdan ağır çantalarla keçməsi ilə başlayır.

Putin verdiyi müsahibədə Sankt-Peterburq rəhbərliyindən böyük hörmətlə danışan təvazökar məmur obrazı yaradır. O, ictimaiyyət tərəfindən layiqincə dəyərləndirilməyən bir neçə şəxsin adını da qeyd edir. Bundan başqa, yeni işi haqqında təvazökarlıqla bəhs edərək prezident ilə ünsiyyətin onun səviyyəsinə uyğun olmayacağını da vurğulayır.

Axar.az həmin videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm