• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Fətullah Güləndən Ərdoğana heyrətli cavab: “Gəlməyəcəm...“

  • Dünya
  • 16 İyun 2012 12:18
  • 155 Baxış
Fətullah Güləndən Ərdoğana heyrətli cavab: “Gəlməyəcəm...“

Türkiyə baş naziri Rəcəb Tayyıb Ərdoğan İstanbulda təşkil edilmiş X Beynəlxalq Türkcə Olimpiadasının bağlanış mərasimində ABŞ-da məskunlaşmış dini lider Fətullah Gülənə Türkiyəyə dönməsi üçün çağırış edib.

Ölkədə ciddi rezonans doğuran bu müraciətə Fətullah Güləndən cavab gəlib.

Publika.Az-ın Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Fətullah Gülən Türkiyəyə dönməyəcəyini bildirib.

1999-cu ildə ABŞ-a gedən və hazırda Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin bu çağırışdan məmnun qaldığı duyulur. Ərdoğana xitabən: "Söyləyim ki, o özünə layiq olanı etdi" deyib:

"Bu, ilk çağırış deyil. Prezident də, o da (Ərdoğan nəzərdə tutulur) açıq və dolayı yolla mənə mesajlarını çatdırıblar. Onlar da, başqaları da özlərinə yaraşan mərdliyi hər vaxt nümayiş etdirdilər. Yanıma gələnlər eyni şeyləri təklif elədilər. Artıq Türkiyəyə dönmə zamanı olduğunu deyirdilər. Mənim də mənə yaraşanı etməyim lazımdır".

Gülən: "Türkiyə təhlükəsiz bir yer deyil, başıma iş açaram" deyib: "Deyəcəyim ifadələr yersiz görünə bilər, amma mən heç bir zaman başıma iş açacaq addımlar atmadım.

Dünya malına heç nəfs salmadım, heç bir şeyə bağlanmadım. Özüm üçün narahatlıq keçirmədim. Hətta 44 yaşımda bəlkə məni asarlar düşünürdüm. 44-də asmadıqlarına görə bəlkə 55-də asarlar dedim. 66 oldu, bəlkə o zaman asarlar dedim, yenə asmadılar. Mən həmişə bu fikirlərlə bağlı yaşadım.

Əgər sizin bir məqsədiniz, bir məfkurəniz varsa, o da Türkiyədə yeni-yeni probemlerin olmamasına xidmətdir. Mənim Türkiyəyə getməyim bu məqsədə zərər verəcəksə, o narahatlıqla getmək istəmirəm. Daha bir müddət burada yaşayacağam".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR