İsraildən şok səs qeydi: “Obama getdikdən sonra…”
Bizi izləyin

Dünya

İsraildən şok səs qeydi: “Obama getdikdən sonra…”

İsrail müdafiə naziri Moşe Yaalonun gizlicə yazılmış bir səs qeydi ortaya çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, israilli nazir ABŞ prezidenti Barak Obamanın prezidentlikdən getməsindən dərhal sonra Fələstində yeni məskunlaşmaların inşasına başlayacağını deyib.

M.Yaalon ötən günlərdə getdiyi Qərbi Şeriadakı məskunlaşdırılmış Guş Etzion yaşayış məntəqəsində yəhudi gənclərlə görüşüb. O, məskunlaşma inşasının dayandırılması ilə bağlı suala cavab olaraq Obamanın vəzifə müddətinin başa çatmasından sonra yeni məskunlaşmaların inşasına başlayacağını söyləyib.

İsrail ordusuna məxsus radiosunun xəbərinə görə, nazirin sözlərini bəzi şagirdlər mobil telefonu ilə qeydə alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm