185 min dollara domen aldılar
Bizi izləyin

Dünya

185 min dollara domen aldılar

ICANN (Internet Corporation for Assigned Names and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən beynəlxalq təşkilat) istifadə olunan internet zonaların sayının artırılması üzrə proqram çərçivəsində yüksək səviyyəli yeni domen adlar üçün verilən ərizələrin siyahısını dərc edib.


Publika.Az-ın verdiyi məlumata görə, təklif olunan 1930 domendən ibarət siyahı təşkilatın saytında dərc edilib.

Yeni domeni qeydiyyatdan keçirmək üçün ərizəni 185 min dollar ödəmək iqtidarında olan istənilən şirkət və ya təşkilat verə bilərdi. 500-dən çox şirkət öz zonasını qeydiyyatdan keçirmək qərarına gəlib.

Domen üçün ərizə verən şirkətlər arasında Google (.google, .android və .lol daxil olmaqla 100 təklif), Apple (.apple), Microsoft (.microsoft, .bing və.s), Canon (.canon), Gucci (.gucci) yer alıb. Domenlər təkcə latın qrafikası ilə deyil, həm də kiril, çin, yapon, ərəb hərfləri ilə yazıla bilər.

Ərizələrin qəbulu 2012-ci ilin yanvar ayının 12-dən mayın 3-dək həyata keçirilib. Təkliflərə baxılma müddəti 9 aydan 12 ayadək çəkə bilər.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm