• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezidentin səlahiyyət müddəti uzadıla bilər

  • Dünya
  • 15 İyun 2012 11:22
  • 155 Baxış
Prezidentin səlahiyyət müddəti uzadıla bilər

Türkiyə prezidenti Abdullah Gülün səlahiyyət müddəti Konstitusiya Məhkəməsinin çıxaracağı qərarla bu gün bəlli olacaq.

Publika.Az-ın məlumatına görə, məhkəmə 6271 saylı Prezident Seçkisi Qanununun bəzi maddələrin ləğv edilməsi tələbi ilə iddiaya baxacaq.

Bir müddət əvvəl ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) sözügedən qanunun bəzi maddələrinin ləğvi və fəaliyyətinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) baş katibinin müavini Hüseyin Çelik hökumətin Məhkəmədə 7 il qərarını gözlədiklərini, buna baxmayaraq, çıxacaq hər hansı qərara hörmətlə yanaşacaqlarını deyib.

Qeyd edək ki, bu ilin avqustunda Abdullah Gülün 5 illik səlahiyyət müddəti başa çatır. Əgər Konstitusiya Məhkəməsi CHP-nin müraciətini qəbul etməzsə onda Gül daha 2 il ölkə prezidenti olacaq.

Anar Əhmədov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR