Dünya
Hulusi Kılıçın gedişi münasibətilə ziyafət verildi
"Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində Azərbaycanda səfərdə olan İraq türkmənlərindən ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan Türk İş Birliyinin (ATİB) düzənlədiyi axşam ziyafətinə qatılıblar.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyindən Publika.Az-a verilən məlumata görə, ziyafət Türkiyənin Azərbaycanda olan böyük elçisinin xidmət müddətinin başa çatması münasibətilə təşkil olunub.
ATİB başqanı Cemal Yanqın ziyafətdəki açılış nitqində 300-ə yaxın türk iş adamının toplandığı bu ziyafətdə böyük elçilərin, millət vəkillərinin, mətbuat nümayəndələrinin, ziyalıların iştirak etdiyini qeyd edib, İraq-Türkman ziyalılarının gecədə iştirakını xüsusi vurğulayıb.
Səfiri Hulusi Kılıc Azərbaycandakı fəaliyyətindən, iş adamları ilə olan maraqlı görüşlərindən danışıb, burda olan dostlarını hər zaman xatırlayacağını və Azərbaycan sevgisini həmişə qəlbində yaşadacığını qeyd edib.
Millət vəkil Qənirə Paşayeva ziyafətdə böyük türk elinin kiçik bir modelini gördüyünü deyib. O türk iş adamlarının Azərbaycana gəlişinin həm sərmayə, həm də əlaqələr baxımından çox böyük inkişafa səbəb olduğunu qeyd edib:
"Azərbaycanın gücü Türkiyənin gücüdü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Bizim birliyimiz bütün Türk dünyasının birliyi və gələcəyi üçün çox önəmlidir”.
Gecədə Azərbaycan və türk sənətçiləri ilə yanaşı İraq-Türkmən sənətçiləri də səhnəyə çıxıb və öz möhtəşəm ifaları ilə gecəyə çox fərqli rəng qatıblar. Azərin "Turanım", "Çırpınırdı Qara dəniz" mahnıları ilə çıxış edib.
Kifayət
Publika.Az
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO