Türkiyə üçün qorxunc ssenari: ABŞ-da PKK-çılara nə öyrədirlər?
Bizi izləyin

Dünya

Türkiyə üçün qorxunc ssenari: ABŞ-da PKK-çılara nə öyrədirlər?

ABŞ, İngiltərə və İsrailin dəstəklədiyi PKK terror təşkilatının daha bir hiyləgər planı ortaya çıxıb. PKK xalqa “kürd dili” adı altında yeni dil öyrətməyə başlayıb”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə “mehmetciktv.com.tr” saytı çıxış edib.

Əldə edilən məlumatlara görə, PKK Türkiyənin şərqi və cənubi-şərqində kürd dili altında yeni sözləri xalqa zor gücünə öyrətməyə başlayıb. Mümkün bir “Kürdüstan dövləti”ni dərhal işlək vəziyyətə gətirmək üçün ABŞ-da 6 aylıq müddətə təhsil alan PKK-çılar bölgəyə qayıdaraq kürd xalqı arasında işləyirlər.

Terror təşkilatının lideri “Apo” ləqəbli Abdullah Öcalan da daxil olmaqla PKK-çıların bütün şərhləri və yazışmaları türk dilində aparması böyük çətinlik yaradır. Bu problemin həll edilməsi üçün isə ABŞ, İngiltərə və İsrailin ortaq dil yaratmaqla bağlı PKK-ya tapşırıq verdiyi bildirilir.

“Mehmetcik TV”nin əldə etdiyi özəl məlumatlara görə, Türkiyəni parçalamaq fikrində olan kürdlər və keçmiş PKK-çılar ABŞ-da dövlətçilik mövzularında kurslar keçir.

“Məlum olduğu kimi, ABŞ 1991-ci ildə İraqdan minlərlə peşmərgəni seçərək Guam adasına aparmış və dövlətin idarə edilməsi mövzularında kurslar təşkil etmişdi. Həmin şəxsləri bir neçə il sonra Şimali İraqa göndərərək özlərinə bağlı olan və ingilis dilini bilən kürd muxtariyyətini qurmuşdu. İndi eyni ssenari PKK ilə əməkdaşlıq edilməklə Türkiyədə həyata keçirilir”, - yazıda qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm