Dünya
Osetinlər Donbasdan geri çağırıldı
Cənubi Osetiya separatçı qurumun “prezident”i Leonid Tibilov Ukraynanın Donbas hövzəsində döyüş əməliyyatlarında iştirak etmiş həmyerlilərinə müraciət edib.
Publika.az-ın “lenta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, “prezident” həmyerlilərini vətənə qayıtmağa çağırıb.
“Mən Ali Baş Komandan kimi sizə Novorossiyaya getmək əmrini verməmişdim. Siz öz arzunuzla ədalət naminə dinc həyatı tərk etdiniz. Amma bir dövlət başçısı kimi bu gün sizi vətənə qayıtmağa çağırıram. Donetsk və Luqansk xalq respublikaları öz inkişafının başqa mərhələsinə, dövlət quruluşu institutlarının formalaşmasına keçib. Sizin işiniz başa çatdı”, - Tibilov bildirib.
O, həmçinin çağırışını dəstəkləmək üçün “könüllülər”in qohumlarına müraciət edib.
Qeyd edək ki, Cənubi Osetiya separatçı qurumu Donetsk və Luqansk “xalq respublikaları”nı tanıyıb. Osetinlərin isə Donetskdəki “Şərq” batalyonunun tərkibində vuruşduğu bildirilir.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO