Məşhur narkobaron tutuldu
Bizi izləyin

Dünya

Məşhur narkobaron tutuldu

Meksikanın ən böyük narkobaronu hesab olunan Xose Trevino Morales ABŞ hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Publika.Az-ın məlumatına görə, Trevino Okloxama və Nyu-Mexiko ştatlarında keçirilən əməliyyat zamanı həbs olunan 7 nəfərdən biridir.

Trevinonun "Zetas" adlı narko kartelin rəhbəri məşhur narkobaron Migel Anxel Trevinonun qardaşı olduğu bildirilir.

ABŞ Federal Məhkəməsinin rəsmiləri Trevinonun qaçış atlarının xəstəsi olduğunu və atlara milyonlarla dollar xərclədiyini bildirib. Trevino narkotikdən əldə etdiyi pulla qatar və Amerika qaçış atlarını almaqda ittiham olunur.

Narkobaron atlarının bəzilərinə "Corona Coronita" və "1 Nömrəli kartel" kimi adlar verirmiş.

"Zetas" şəbəkəsi Meksikanın ən güclü və qəddar narkokartellərindən biridir.

"Z40" ləqəbi ilə tanınan Migel Anxel Trevino isə kartelin rəhbəri hesab olunur.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm