Müdafiə nazirinin müavini rüşvət alarkən həbs edilib - FOTO
Bizi izləyin

Dünya

Müdafiə nazirinin müavini rüşvət alarkən həbs edilib - FOTO

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə müdafiə nazirinin müavini, general-mayor Baqdat Maykeyevin saxlanıldığı haqda açıqlama yayıb. Nazir müavini böyük məbləğdə rüşvət almaq ittihamı ilə həbsə alınıb.

Xəbəri Qazaxıstanın Müdafiə Nazirliyi təsdiqləyib. Müttəhim Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılır.

Maykeyev nazir müavini postunu 2011-ci ildən tuturdu.

Qeyd edək ki, son vaxtlar Qazaxıstanda bu qəbildən qalmaqallı həbslər tez-tez baş verir. /Müsavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm