Əsəd cütlüyü ilə bağlı bilmədiyiniz ən maraqlı faktlar
Bizi izləyin

Dünya

Əsəd cütlüyü ilə bağlı bilmədiyiniz ən maraqlı faktlar

Suriyada iğtişaşlar başlayana qədər dünyanın ən hörmətli və müasir insanlarından hesab olunan Bəşər Əsəd və xanımı haqda növbəti fakt ortaya çıxıb.

Publika.Az-ın məlumatına görə, Əsəd cütlüyü Qərb mətbuatında haqlarında çıxan yazılar üçün pul verirlərmiş.

Hətta Əsəd cütlüyünün ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin üzvü olduğu xalqla əlaqələr şirkətlərilə müqavilələr imzaladığı ortaya çıxıb.

ABŞ-ın "New York Times" qəzeti onların bu şirkətlərlə fəaliyyətindən yazlıb.

Bu kampaniya Əsma Əsədin 2006-cı ildə Londonda məşhur "Pell Pottinger" şirkəti ilə əməkdaşlıq etməsi ilə başlayıb. Şirkətin rəhbəri və Marqaret Tetçerin keçmiş mətbuat müşaviri Tim Bell aralarında ABŞ "first lady"si Laura Buşun da olduğu "first lady"lərin illik toplantılar keçirmələrindən sonra Əsma Əsədin onunla əlaqə yaratmağa başladığını söyləyib.

Bellin sözlərinə görə, Əsma Əsəd də həmin klubun üzvü olmaq istəyirmiş. Bundan sonra Bell Pottinger xanım Əsədə Dəməşqdə bir əlaqə ofisi yaratmasını tövsiyyə edib. Məhz bundan sonra Qərb mətbuatında Suriya prezidenti və xanımı haqda tərif yazıları yer almağa başlayıb.

Fransanın "Paris Match" jurnalı Əsma Əsədi kölgələrlə dolu ölkənin işığı və şərqli Diana adlandırıb.

"Elle" moda jurnalı Əsma Əsədi 2009-cu ildə dünyanın ən yaxşı geyinən siyasətçi qadını seçmişdi.

ABŞ-ın "Huffington Post" "Suriyanın "first lady"si və təbii gözəllik" adlı fotosessiya hazırlamışdı.

Ən çox diqqət çəkən məqalə isə ötən ilin martında "Vogue" jurnalında yayımlanan 3200 işarəlik "Səhrada bir gül" yazısı olub.

Əsəd ailəsi Əsmanın lüks moda evlərindən çıxan paltarları, xüsusi təyyarə ilə çıxdığı səyahətləri kimi özəl həyatını ortaya qoyan bu yazıya görə, Vaşinqtonda yerləşən "Brown Lloyd James" şirkətilə 5 min dollarlıq müqavilə imzalayıb.

Ancaq həmin məqalənin iğtişaşların başladığı vaxt ortaya çıxması narazılığa səbəb olub.

Jurnal bir neçə ay əvvəl həmin məqaləni özünün internet saytından çıxarıb.

Bəşər Əsəddən müsahibə götürən ilk amerikalı jurnalist, ABC News telekanalının əməkdaşı Barbara Valtersin də Suriya rejimi ilə əlaqəsi ortaya çıxıb.

Mətbuata çıxan e-maillər Valtersin Əsədin mətbuat müşaviri və Suriyanın BMT-dəki daimi nümayəndəsinin qızı Şəhrizad Cəfərini Kolumbiya Universiteti və CNN televiziyasına tapşırdığını ortaya qoyub.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm