ABŞ Rusiyanı blokadaya alır - YENİ SANKSİYA
Bizi izləyin

Dünya

ABŞ Rusiyanı blokadaya alır - YENİ SANKSİYA

ABŞ Senatı prezident Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verən qanun layihəsini qəbul edib.

Publika.az-ın məlumatına görə, eyni zamanda Ukraynaya hərbi yardım göstərilməsinə icazə verən layihə Rusiya Federasiyasının nümayəndələrinə həmçinin Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərə qarşı sanksiyaların tətbiqi hüququnu verir.

Eyni zamanda sənədə əsasən, "Qazprom" NATO-ya daxil olan, həmçinin Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdən böyük həcmdə qaz alarsa, həmin şirkətlərər qarşı da 45 gündən gec olmayaraq sanksiyalar tətbiq edilməlidir.

Sanksiyalar həmçinin "Rosoboroneksport" və digər Rusiya şirkətləri barəsində tətbiq edilə bilər.

Sənəd Kiyevə 2015-ci ildə 350 milyon dollar məbləğində birbaşa hərbi yardım ayrılması imkanını nəzərdə tutur.

Bundan başqa Bşər Əsəd Rusiyadan silah aldığına görə, qanun layihəsində Suriya müxalifətinə yardım edilməsini də mümkün edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm