Müsəlman qadınlara bürgə qadağan olundu
Bizi izləyin

Dünya

Müsəlman qadınlara bürgə qadağan olundu

Çinin etnik parçalanmaya məruz qalan Sincan vilayətinin paytaxtında müsəlman qadınların bürgə geyməsinə qadağa qoyulub.

Publika.az-ın məlumatına görə, qadağa haqqında qərar Kommunist Partiyasının yerli liderləri tərəfindən qəbul edilib.

Qeyd edək ki bu vilayətdə müsəlmanlara qarşı ciddi məhdudiyyətlər tətbiq edilir. Daha əvvəl saqqallı kişilərin avtobuslara minməsin yasaqlanmışdı. Kommunist Partiyası hesab edir ki, bu yolla artmaqda olan etnik qarşıdurmaların qarşısı alınır.

Son illər iğtişaşlar nəticəsində yüzlərlə insan həyatını itirib. Hökumət zorakılıqlara görə xaricdən dəstək alan müsalman separatistləri günahlandırır.

Bölgədə yaşayan müsəlman uyğurlar isə ayrıseçkiliyə məruz qaldıqlarını deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm