Fələstinli nazirin zərbədən öldüyü təsdiqləndi
Bizi izləyin

Dünya

Fələstinli nazirin zərbədən öldüyü təsdiqləndi

Fələstinin kabinet naziri Ziyad Əbu Aynının İsrail polisinin vurduğu zərbədən həlak olduğu təsdiqlənib.

Publika.az-ın məlumatına görə, tibbi ekspertlər nazirin ölümünə sinəsinə vurulan zərbənin səbəb olduğunu bildiriblər. İsrail tərəfi isə rəylə razılaşmayıb və Ziyad Əbunun ürəktutmasından keçindiyini iddia edib.

Bununla belə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Piter Lerner hadisənin hərbi tribunalda araşdırıldığını bildirib.

Qeyd edək ki, ötən gün nazirin dəfn mərasimi keçirilib. Fələstin prezidenti Mahmud Abbas da daxil olmaqla, minlərlə insan dəfndə iştirak edib. İsrail İordan çayının Qərb sahilinə əlavə qüvvələr göndərərək dəfni zamanı mümkün nümayişlərə qarşı tədbir görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm