• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

366 vəkil baykot qərarı verdi

  • Dünya
  • 11 İyun 2012 15:25
  • 162 Baxış
366 vəkil baykot qərarı verdi

Ermənistan Vəkillər Palatasının üzvü olan 366 vəkil bu gün məhkəmə sistemində qanunsuzluğa etiraz əlamət olaraq məhkəmini boykot edəcək.

Bu gün vəkil Gevorq Qezalyanın təşəbbüsünə qoşulan vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin işləri üzrə məhkəmə iclasına gəlməyəcəklər. Vəkillər saat 14:00-da isə jurnalistlərlə görüşəcək, vəziyyəti açıqlayacaq və bəyanatın mətnini dərc edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qevorq Qezalyan Tert.am-a bildirib.

Vəkillər Palatasının bir qrup vəkili - Lisine Saakyan, Gevorq Qezalyan, Ayk Alumyan, Karen Mejlumyan mayın 25-də məhkəmə sistemində ən çox qanun pozuntularının öyrənilməsi ilə məşğul olan komissiya yaradıb və bu məsələlərin həlli üçün Kassasiya Məhkəməsinə təkliflər təqdim etməli idi, lakin sonradan vəkillər daha ifrat addımlara əl atmaq qərarına gəliblər.

Kassasiya Məhkəməsinə ünvanlanan məktubda qeyd edilir: "Boykotun etirazımızın ən ifrat təzahürlərindən biri olduğunu dərk edərək biz ona əl atmağa qərara gəldik. Nəzərə alaq ki, indiyə qədər tətbiq edilən müxtəlif addımlar (müxtəlif orqanlara şikayətlər, nümayiş, KİV-də məqalələr və s.) nəinki vəziyyəti yaxşılaşdırmadı, hətta onlara məhəl qoyulmadı".

Xatırladaq ki, bu aksiyanın keçirilməsinə səbəb ümumi yurisdiksiya məhkəməsinin vəkil Gevorq Qezalyanın müştərisinin işinə baxarkən iş üzrə dəlili öyrənməməsi olub, Apelyasiya və Kassasiya məhkəmələri isə Qezalyanın işə yenidən baxılması haqqında bəyanatını qəbul etməyiblər.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR