Bəşər Əsəd Qərbi “Skad”la qorxudur
Bizi izləyin

Dünya

Bəşər Əsəd Qərbi “Skad”la qorxudur

Suriya dünəndən etibarən Şimali Koreya istehsalı olan və İran İnqilab Keşikçiləri Korpusu tərəfindən quraşdırılan “Skad” raketlərini Hələb şəhərinin cənubundan şimalına daşınıb.

Publika.Az-ın məlumatına görə, Qərb diplomatları casus peykləri tərəfindən aşkarlanan bu raketlərin daşınmasını Əsədin qarşı tərəfə öz gücünü göstərmək istəməsi ilə əlaqələndiriblər.

708 kilometr mənzilli, İstanbul, Misir və İsraili vurmaq qabiliyyətinə malik olan “Skad”lar Qərb diplomatlarının narahatlığına səbəb olub.

İngiltərədə yayımlanan “The Sunday Times”a açıqlama verən mənbələr Bəşər Əsədin “Skad” raketlərinin daşınmasını Qərb tərəfindən izlənildiyindən xəbərdar olduğunu deyiblər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm