Azərbaycanla sərhəddə döyüşlər başladı - YENİLƏNİB
Bizi izləyin

Dünya

Azərbaycanla sərhəddə döyüşlər başladı - YENİLƏNİB

Son məlumatlara görə, xüsusi əməliyyat zamanı beş silahlı öldürülüb. Qeyd olunur ki, silahlıların əlində bir neçə uşaq və qadın olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlıları girovları azad etməsinə inandıra biliblər. Lakin silahlılar özləri təslim olmaqdan imtina ediblər.

11:48

Dağıstan Muxtar Respublikasının Qarabudaqkənd rayonunun Qurbiki kəndində silahlılarla təhlükəsizlik əməkdaşları arasında döyüş başlayıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təxminən dörd döyüşçünün olduğu bir ev mühasirəyə alınıb.

“Silahlılar təslim olmaqdan imtina etdilər, hazırda döyüş gedir", - agentliyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

SİTA agentliyi isə özəl mənbələrə istinadən bildirir ki, ev mühasirəyə alınmazdan əvvəl oradan iki qadın çıxıb. İçəridə qalanların sayı isə dəqiq məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm