Arvadını amansızlıqla qətlə yetirdi - namus üstündə
Bizi izləyin

Dünya

Arvadını amansızlıqla qətlə yetirdi - namus üstündə

27 yaşlı ər mübahisə zəminində 22 yaşlı həyat yoldaşına 9 bıçaq zərbəsi endirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karaman vilayətində qeydə alınmış hadisə zamanı Tarık C. xanımı Merve C.-nı bıçaqladıqdan bir müddət sonra qadın xəstəxanaya aparılıb.

Polis əməkdaşları isə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxsi yaxaladıqda, o, jurnalistləri görən kimi uca səslə «onu namus üstündə bıçaqladım» deyə çığırmağa başlayıb.

Qeyd edək ki, hadisə Alacasuluk məhəlləsi 100, Yıl Bulvarı üzərində yerləşən binalardan birinin 3-cü mərtəbəsində baş verib. İddiaya görə, yanğın söndürmə balonlarının doldurulması ilə məşğul olan şirkətlərdən birində çalışan Tarık C. axşam evə gəldiyində 3 ay əvvəl ailə qurduğu həyat yoldaşı Merve C. ilə aralarında mübahisə yaranıb. Bir qədər sonra mübahisə şiddətli xarakter alıb və dava-dalaşa çevrilib. Bu zaman ər mətbəxdəki çörək bıçağı ilə arvadına 9 dəfə bıçaq zərbəsi endirib və evi tərk edib. Qanlar içində qalan Merve C. evdən çölə çıxaraq qonşularından ona yardım etmələrini xahiş edib.

Beləcə, gənc qadın qonşularının köməkliyi ilə təcili yardım maşınında Karaman Dövlət Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan qadının həyati təhlükəsi olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı istintaq tədbirlərinə başlayan polis Tarık C. və olay zamanı yanında olan qardaşı Taşqın C.-nı qısa zaman ərzində yaxalamağa müvəffəq olub. İfadə vermək üçün polis idarəsinə aparılan Tarık C. jurnalistlərin «həyat yoldaşınızı nə üçün bıçaqladınız» sualını «namus üstə» deyə cavablandırıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm