Çin də Əsəddən üz çevirdi
Bizi izləyin

Dünya

Çin də Əsəddən üz çevirdi

Suriya prezidenti Bəşər Əsədə dəstək verən ölkələr bir-bir ondan üz çevirməyə başlayırlar.

Publika.Az-ın məlumatına görə, indiyə qədər Əsədi dəstəkləyən Çin Hama şəhərində baş verən soyqırımdan sonra Suriya hakimiyyətini tənqid edib.

Soyqırımda mülki şəxslərin öldürülməsini qınayan Pekin hökuməti xəbərdarlıq edərək, günahkarların cəzalandırılmasını tələb edib.

Çin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Suriyada baş verənlərin Kofi Annanın səylərini daha önəmli səviyyəyə gətirdiyini bildirilib və Annan sülh planının tətbiq olunması istənilib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm