“The Guardian”: “İŞİD bu düşərgədə qurulub” - FOTOLAR
Bizi izləyin

Dünya

“The Guardian”: “İŞİD bu düşərgədə qurulub” - FOTOLAR

İŞİD terror təşkilatı ABŞ-ın işğalından sonra İraqda qurulan əsir düşərgələrində yaradılıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İŞİD-in yaranmasını araşdıran Böyük Britaniya nəşri “The Guardian” yazıb.

Qəzet sözügedən düşərgələrin İŞİD üçün silahlılar yetişdirən bir fabrikə çevrildiyini bildirib. “The Guardian”ın xəbərinə görə, 2003-cü ildə İraqı işğal edən ABŞ-ın Bəsrə şəhərinin cənubunda qurduğu Bakka düşərgəsi terror təşkilatı üçün doğum yeri olub.

Qəzetə məlumat verən və Əbu Əhməd adlandırılan İŞİD üzvü əsir düşərgəsindəki insanları öz aralarında heyət yaratdıqlarını və “Əl-Qaidə”nin İraq lideri Zarkavi də daxil olmaqla bir sıra liderlərin bu heyətlərdən çıxdığını bildirib. İŞİD-in hazırkı lideri Əbu Bəkr əl-Bağdadinin arxa planda qalan bir şəxs olduğunu ifadə edən Əbu Əhməd düşərgədə qruplar arasında anlaşılmazlıq olan zaman amerikalı əsgərlərin Bağdadidən vasitəçilik istədiklərini və əsl adı Avvad olan Bağdadinin bu şəkildə yüksəldiyini deyib.

“Amerikanın yaratdığı əsir düşərgələri olmasaydı, İŞİD də olmazdı. Bu düşərgələr bir fabrik kimi terrorçular istehsal etdi”, - o qeyd edib.

Əbu Əhmədin sözlərinə görə, heyətlərdə yer alan şəxslər düşərgədən çıxdıqdan sonra təşkilatlanmaq üçün bir-birlərinin ünvanlarını alt paltarlarının üzərinə yazıb. O, 2008-ci ildə Bakka düşərgəsindən çıxdıqdan sonra “yoldaşları”nı bu şəkildə axtararaq tapdığını söyləyib.

Onun sözlərinə görə, 2008-2011-ci illərdə düşərgələr boşalanda Bağdad və ABŞ-ın əsas diqqəti “Əl-Qaidə”nin İraq qolu üzərində idi. Bağdadi isə bu vaxt səssiz qalıb. “Əl-Qaidə”yə zərbə vurulandan sonra isə Bağdadi geniş meydan əldə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm